Surə 14 · Cüz 13
Ibrahim · 14:36
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ ۖ فَمَنْ تَبِعَنِي فَإِنَّهُ مِنِّي ۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَحِيمٌ
36. Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən.
Təfsir
Ey Rəbbim! Həqiqətən də, bütlər çox insanları haqq yoldan azdırıblar. İnsanlar bütlərin onlara şəfaətçi olacaqlarını zənn edib fitnəyə düşdülər və beləliklə də, Allaha ibadət etməyi tərk edib onlara ibadət etdilər. İnsanlardan hər kim, tək Allaha ibadət və itaət etməklə mənim ardımca gələrsə, o, məndən və mənim dəstəmdəndir. Kimdə mənə asi olub, tək Allaha ibadət və itaət etməzsə, ey Rəbbim! şübhəsiz ki, Sən, günahını bağışlamaq istədiyin qullarının günahını bağışlayan və onlara rəhm edənsən!