Surə 14 · Cüz 13
Ibrahim · 14:28
۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَتَ اللَّهِ كُفْرًا وَأَحَلُّوا قَوْمَهُمْ دَارَ الْبَوَارِ
28. Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi?
Təfsir
Ey Peyğəmbər! Qüreyiş qəbiləsindən Allahın onlara haram bölğəsində bəxş etdiyi əmin-amanlıq içində yaşamaq nemətinə və Muhəmmədi (sallallahu aleyhi və səlləm) öz içərilərindən özlərinə peyğəmbər göndərilməsinə qarşı çıxıb Allaha və Onun rəsuluna küfr edənlərin halının necə olduğunu gördün. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən özlərinə gətirdiyi haqqı yalan sayaraq Allahın nemətlərinə nankorluq edilər. Qövmlərindən küfürdə onların ardınca gedənləri də həlak diyarına sürüklədilər.