Surə 14 · Cüz 13

Ibrahim · 14:27

يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ

27. Allah iman gətirənləri dünya hə­yatında da, axirətdə də möh­kəm sözlə sabit saxla­yar. Allah zalımları sapdırar. Allah is­tə­di­yini edər.

Təfsir

Uca Allah möminləri tam bir iman ilə ölənə qədər həm dünya həyatında, həm bərzəx aləmində qəbirlərində sorğu-sual zamanı, həm də, Qiyamət günü tövhid kəliməsi üzərində sabit saxla­yar. Uca Allah Ona şəirk qoşan və Ona küfr edən zalımları haqq yoldan azdırar. Allah Öz ədaləti ilə istədiyi kimsəni zəlalətə salar və lütfü ilə də istədiyini hidayətə qovuşdurar. Bu işdə uca Allahı kimsə məcbur edə bilməz.

Oxuyucuda aç - Surəni tam oxu