Surə 14 · Cüz 13

Ibrahim · 14:22

وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الْأَمْرُ إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِيَ عَلَيْكُمْ مِنْ سُلْطَانٍ إِلَّا أَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي ۖ فَلَا تَلُومُونِي وَلُومُوا أَنْفُسَكُمْ ۖ مَا أَنَا بِمُصْرِخِكُمْ وَمَا أَنْتُمْ بِمُصْرِخِيَّ ۖ إِنِّي كَفَرْتُ بِمَا أَشْرَكْتُمُونِ مِنْ قَبْلُ ۗ إِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

22. İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.

Təfsir

Cənnət əhli Cənnətə, Cəhənnəm əhlidə Cəhənnəmə daxil olduqda, İblis onlara belə deyə­cək: "Allah sizə haqq vəd ver­mişdi. O, vədini yerinə yetirdi. Mən isə sizə batili vəd vermişdim, ona görə də və­dimi yerinə yetirmədim. Mənim dünyada sizi küfrə və zəlalətə sürükləyəcək heç bir gücüm yox idi. Lakim mən si­zi küfrə dəvət etdim və günahları sizə gözəl göstərdim, siz də mənə tabe olmaq üçün tələsdiniz. Odur ki, dünyada zəlalətə düşdüyünüz üçün məni yox, yalnız özünüzü qınayın. Bu gün nə mən si­zin köməyi­nizə ça­tıb əzabı sizdən sovuşdura bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­tıb əzabı məndən sovuşdura bilərsi­niz. Şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha ibadətdə Ona şərik qoşma­ğınızı rədd et­miş­dim!". Həqiqə­tən, dünyada Allaha şərik qoşub və Ona küfr edərək özlərinə zülüm edən kimsər üçün qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzab vardır.

Oxuyucuda aç - Surəni tam oxu