Surə 14 · Cüz 13
Ibrahim · 14:21
وَبَرَزُوا لِلَّهِ جَمِيعًا فَقَالَ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنْتُمْ مُغْنُونَ عَنَّا مِنْ عَذَابِ اللَّهِ مِنْ شَيْءٍ ۚ قَالُوا لَوْ هَدَانَا اللَّهُ لَهَدَيْنَاكُمْ ۖ سَوَاءٌ عَلَيْنَا أَجَزِعْنَا أَمْ صَبَرْنَا مَا لَنَا مِنْ مَحِيصٍ
21. Axirət günü hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”.
Təfsir
İnsanlar Qiyamət günü qəbirlərindən çıxıb Allahın hüzuruna gələcək və zəiflər dünyada ikən öndə gedən başçılarına belə deyəcəklər: "Ey Öndə gedən başçılarımız! Biz dünyada sizin arxanızca getdik. Əmrlərinizə itaət edib, qadağalarınızdan çəkindik. İndi siz bizi, Allahın əzabından, qismən də olsa, qoruya bilərsinizmi?" Bu zaman dünyada ikən öndə gedən başçıları onlara deyəcəklər: "Əgər Allah bizi doğru yola müvəffəq etsəydi, biz də sizə doğru yolu yönəldərdik və beləliklə də, hamımız Allahın əzabından xilas olardıq. Lakin biz özümüz də azdıq və sizi də azdırdıq. İndi əzaba dözə bilməməyimiz və ya buna səbir etməyimiz hamımız üçün eynidir. Bu gün əzabdan qaçıb canımızı qurtarmaq üçün heç bir qurtuluş yeri yoxdur!"