Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:32
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
32. Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Görəydin onları cəzalandırmağım necə oldu!
Təfsir
Ey Peyğəmbər! Sən qövmü tərfindən yalançı sayılan və istehza edilən heç də birinci peyğəmbər deyilsən. Səndən əvvəlki elçiləri də öz qövmləri istehza edib, onları yalançı hesab etmişdilər. Mən peyğəmbərlərə küfür edən kimsələrə möhlət verdim. Hətta Biz onları məhv etməyəcəyimizi zənn etdilər. Onlara verilən möhlət başa çatdıqdan sonra isə onları müxtəlif növ əzablarla yaxaladıq. Sən onlara verdiyim əzabı necə gördün? O, çox şiddətli bir əzab idi.