Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:31

وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَىٰ ۗ بَلْ لِلَّهِ الْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَنْ لَوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُمْ بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِنْ دَارِهِمْ حَتَّىٰ يَأْتِيَ وَعْدُ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ

31. Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və ya­xud da onun sayə­sində ölü­lər da­nış­saydılar, o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Alla­ha məx­susdur. İman gə­ti­rənlər hələ bil­mir­lərmi ki, əgər Allah istə­səy­di, bütün in­san­la­rı doğru yola yönəl­dərdi? Alla­hın vədi gəlin­cə­yə qədər etdik­ləri əməllərə görə kafir olan­la­ra müsibət üz ver­mək­də davam edəcək və ya onların yur­du­nun yaxınlığında da­ya­na­caqdır. Şüb­hə­siz ki, Allah vədinə xilaf çıx­maz.

Təfsir

Ey Peyğəmbər! İlahi kitablardan hər hansı biri dağları yerindən tərpədib onları hərəkətə gətirsəydi və ya onunla yer parçalanıb orada çaylar, bulaqlar əmələ gəlsəydi və ya­xud da onu oxuduqda ölü­lər dirilsəydi, o kitab sənə nazil edilən bu Quran olardı. Çünki Quran, açıq-aydın bir dəlildir. Əgər qəlbləri Allahdan qorxsayı bu zaman Quran onlara daha çox təsir bağışlayardı. Lakin onlar Quranı inkar edib, ona arxa çevirdilər. Əksinə, möcüzələrin endirilməsidə və s. başqa bütün işlər yalnız Alla­ha məx­susdur. Məgər möminlər bilmirlərmi ki, əgər Allah heç bir möcüzə endirmədən belə bütün məxluqatın doğru yola gəlmələrini istəsəydi, heç bir möcüzə endirmədən də onları doğru yola yönəldərdi? Lakin Allah bunu istəmədi. Allaha küfür edən kimsələrə özlərinə Alla­hın şiddətli əzab vədi gəlin­cə­yə qədər yaxud da Allaha küfür edənlərin başlarına və ya diyarlarının yaxınlığına etdikləri küfür və günah əməllər səbəbindən bir müsibət gəlməyə davam edəcəkdir. Şüb­hə­siz ki Allah, vəd verdiyi əzabın təyin edilmiş vaxtı çatdıqda əsla onu təxirə salmaz!

Oxuyucuda aç - Surəni tam oxu