Surə 11 · Cüz 12
Hud · 11:64
وَيَا قَوْمِ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ
64. Ey qövmüm! Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”.
Təfsir
Ey qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün mənim həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuma dəlalət edəb bir əlamətdir. Buraxın onu Allahın torpağında otlasın. Ona heç bir pislik etməyin, əks halda onu kəsdiyiniz vaxt yaxın bir zamanda sizi şiddətli əzab yaxalayar!"