Surə 11 · Cüz 12

Hud · 11:63

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَآتَانِي مِنْهُ رَحْمَةً فَمَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ عَصَيْتُهُ ۖ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ

63. O dedi: “Ey qövmüm! Bir deyin gö­rək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə isti­nad edirəmsə, O da Öz tə­rəfin­dən mə­nə bir mərhəmət bəxş edib­sə, onda necə olsun? Əgər Allaha asi ol­sam, məni On­dan kim qo­ruya bilər? Siz mənə zi­yandan baş­qa bir şey artır­ma­ya­caq­sınız.

Təfsir

Saleh öz qövmünə cavab olaraq belə dedi: "Ey qövmüm! Bir deyin gö­rək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə isti­nad edirəmsə, O da Öz tə­rəfin­dən mə­nə bir mərhəmət, peyğəmbərlik bəxş edib­sə və bundan sonra Rəbbimin sizə təbliğ etməyi mənə əmr etdiyi dini sizə təbliğ etməkdən boyun qaçıraraq Allaha asi ol­sam, Allahın əzabından məni kim qo­ruya bilər? Bu zaman siz, mənə Rəbbimin razılığından uzaqlaşmaqdan və azğınlıqdan baş­qa bir şey artır­ma­ya­caq­sınız.

Oxuyucuda aç - Surəni tam oxu