Surə 11 · Cüz 12
Hud · 11:54
إِنْ نَقُولُ إِلَّا اعْتَرَاكَ بَعْضُ آلِهَتِنَا بِسُوءٍ ۗ قَالَ إِنِّي أُشْهِدُ اللَّهَ وَاشْهَدُوا أَنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ
54. Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.
Təfsir
Biz yalnız deyə biilərik ki: "Bəzi məbudlarımız bizi onlara tapınmağımızı qadağan etdiyinə görə səni dəlilik xəstəliyinə düçar ediblər". Hud onlara belə cavab verdi: "Həqiqətən, mən Allahı şahid gətirirəm, siz də şahid olun ki, mən sizin Allahdan başqa ibadət etdiyiniz ilahlara ibadət etməkdən uzağam. Siz və sizin məni dəlilik xəstəliyinə düçar etdiyini iddia etdiyiniz ilahlarınızla birgə mənə qarşı hiylə qurun və sonra da mən heç möhlət də verməyin.