Surə 11 · Cüz 12
Hud · 11:53
قَالُوا يَا هُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِي آلِهَتِنَا عَنْ قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ
53. Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq.
Təfsir
Hudun qövmü ona belə dedi: "Ey Hud! Bizim sənə iman gətirməyimiz üçün sən bizə açıq-aydın bir dəlil gətirmədin. Elə buna görə də biz, sənin dəlilsiz sözünə inanıb öz ilahlarımıza ibadət etməyi tərk edən deyilik. Biz sənin Allahın elçisi olduğun iddiana da inanmırıq.