Surə 11 · Cüz 12
Hud · 11:35
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَا بَرِيءٌ مِمَّا تُجْرِمُونَ
35. Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.
Təfsir
Nuh qövmünün küfr etməsinin səbəbi, onların, Nuhun gətirdiyi bu dini Allahın adında özündən uydurduğunu iddia etmələri olmuşdur. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər mən bu dini özümdən uydurmuşamsa, bunun günahı və cəzası sizə deyil, yalnız özümə aiddir. Mən də sizin yalan saydığınıza görə heç bir məsuliyyət daşımıram. Mən sizin etdiyiniz əməllərdən tamamilə uzağam".