Surə 11 · Cüz 12
Hud · 11:34
وَلَا يَنْفَعُكُمْ نُصْحِي إِنْ أَرَدْتُ أَنْ أَنْصَحَ لَكُمْ إِنْ كَانَ اللَّهُ يُرِيدُ أَنْ يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ
34. Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.
Təfsir
Əgər Allah sizi inadkarlığınıza görə doğru yoldan azdırmaq istəyirsə, mən sizə öyüd-nəsihət vermək istəsəm belə, öyüd-nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və sizə sahib olan da, istədiyi zaman sizi sapdıran da Odur. Siz Qiyamət günü Onun hüzuruna qaytarılacaqsınız. O sizin etdiyiniz əməllərin əvəzini verəcəkdir".