Surə 10 · Cüz 11
Yunus · 10:75
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَىٰ وَهَارُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ
75. Sonra onların arxasınca Musanı və Harunu Fironun və onun əyanlarının yanına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər.
Təfsir
Bir müddət keçdikdən sonra Biz o elçilərin arxasınca Musanı və onun qardaşı Harunu Misir hökmdarı Fironun və Fironun qövmündən olan zadəganların yanına göndərdik. Biz Musa və Harunu onlara, həqiqətən də onların hər ikisinin Allah tərəfindən göndərildiyinə dəlalət edən açıq-aydın möcüzələrlə göndərdik. Lakin onlar Musanın gətirdiyinə iman etməkdən təkəbbürlük göstərdilər. Onlar Allaha küfr edib və Onun elçisini yalan hesab etdikləri üçün günahkar bir tayfa oldular.