Surə 10 · Cüz 11
Yunus · 10:74
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا بِهِ مِنْ قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ الْمُعْتَدِينَ
74. Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik.
Təfsir
Bir müddət keçdikdən sonra Biz Nuhun arxasınca hər ümmətə öz elçilərini göndərdik. Elçilər öz qövmlərinə açıq-aydın dəlillər gətirdilər. Onlar isə əvvəlki elçiləri israrla yalan hesab etdikləri üçün özlərinə göndərilən Elçilərə iman gətirə bilmədilər. Elə bu səbəbdən də Allah onların qəlblərini möhürlədi. Biz əvvəlki elçilərə tabe olan kimsələrin qəlblərini möhürlədiyimiz kimi, hər zaman və hər məkanda Allaha küfr etməklə Onun həddlərini aşan kafirlərin qəlblərini də beləcə möhürləyirik.