Surə 10 · Cüz 11
Yunus · 10:68
قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ هُوَ الْغَنِيُّ ۖ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ إِنْ عِنْدَكُمْ مِنْ سُلْطَانٍ بِهَٰذَا ۚ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
68. Onlar: “Allah Özünə övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, heç nəyə möhtac deyil. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz?
Təfsir
Müşriklərdən bir qisimi: "Allah mələkləri Özünə qızlar götürmüşdü!" – dedilər. Allah onların dedikləri bu sözdən pakdır, müqəddəsdir! Allahın heç bir məxluqata ehtiyacı yoxdur. Göylərin və yerin mülkü yalnız Ona məxsusdur. Ey müşriklər! dediyiniz bu sözə dair sizin heç bir dəliliniz yoxdur. Siz Allahın övladı olmasını deməklə, axı, niyə Allaha qarşı həqiqəti bilmədiyiniz bir şeyi dəlil-sübutsüz söyləyirsiniz?!