Surə 10 · Cüz 11
Yunus · 10:67
هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ
67. Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır.
Təfsir
Ey insanlar! Gecəni, gündüzün məşəqqətindən rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün səy göstərəsiniz deyə işıqlı edən tək olan Allahdır. Həqiqətən, bunda eşidib ibrət alan bir qövm üçün açıq-aydın dəlillər vardır.