Surə 10 · Cüz 11
Yunus · 10:4
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ بِالْقِسْطِ ۚ وَالَّذِينَ كَفَرُوا لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ
4. Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.
Təfsir
Dünyada etdiyiniz əməllərin müqabilini almaq üçün Qiyamət günü hamınızın dönüşü yalnız Onadır. Bu, Allahın insanlara olan bir vədidir. Allah vədinə əsla xilaf çıxmaz, çünki O, buna qadirdir. O, məxluqu ilk dəfə misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmış və öldükdən sonra da onu Qiyamət günü yenidən dirildir ki, uca Allah saleh əməllər edənləri yaxşı əməllərindən əksildilmədən və günahkarlarında günahlarını artırılmadan ədalətlə mükafatlandırsın. Allah və Onun elçisinə küfr edənlərə gəlincə, etdikləri əməllərə görə onlar üçün bağırsaqlarını parça-parça edən, olduqca qaynar su və ağrılı-acılı bir əzab hazırlanmışdır.