Surə 10 · Cüz 11

Yunus · 10:3

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ يُدَبِّرُ الْأَمْرَ ۖ مَا مِنْ شَفِيعٍ إِلَّا مِنْ بَعْدِ إِذْنِهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ

3. Şübhəsiz ki, Rəbbiniz göy­ləri və ye­ri altı gündə yaradan, son­ra da Ərşə uca­lan Allahdır. İşləri yoluna qoyan Odur. Yal­nız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbi­niz Allah. Ona ibadət edin. Məgər dü­şü­nüb ibrət al­mırsınız?

Təfsir

Ey təəccüblənən kimsələr! Şübhəsiz ki, əzəmətli göy­ləri və geniş ye­ri altı gündə yaradan, son­ra da ərşin üzərində uca­lan Rəbbiniz olan Allahdır. Belə olduğu bir halda axı siz, Allanın özünüzdən olan bir kişiyə vəhy nazil etməsinə nə üçün təəccüb edirsiniz?! Geniş mülkündə istədiyini edən və istədiyi hökmü verən də Odur. Allah yanında şəfaət ediləcək kimsə üçün Allahın izni və razılığı olmadan kimsə şəfaətçi ola bilməz. Bu sifətlərə malik olan sizin Rəbbi­niz Allahdır. Elə isə siz yalnız Ona ibadət edin. Məgər siz Allahın təkliyinə dəlalət edən bu dəlil və sübutlardan sonra dü­şü­nüb ibrət al­mırsınızmı? Kim, azacıq da olsa düşünərsə, bunlardan ibrət alar və Allaha iman gətirər.

Oxuyucuda aç - Surəni tam oxu