Surə 10 · Cüz 11
Yunus · 10:16
قُلْ لَوْ شَاءَ اللَّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلَا أَدْرَاكُمْ بِهِ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِنْ قَبْلِهِ ۚ أَفَلَا تَعْقِلُونَ
16. De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”
Təfsir
Ey Peyğəmbər! Onlara bele de: "Əgər Allah sizə Quran oxumağımı istəməsəydi, mən onu sizə oxuyub, çatdıra bilməzdim. Əgər Allah istəsəydi Quranı mənim vasitəmlə sizə öyrətməzdi. Mən axı qırx il sizin aranızda yaşamışam. Bu ilər ərzində mən nə oxumağı, nə də ki, yazmağı bacarmadım və bunu öyrənmək üçün heç bir səydə göstərmədim. Məgər siz ağılınızla düşünüb, mənə vəhy edilən bu Quranın mənim sözlərim deyil, əksinə, Allah kəlamı olduğunu bilmirsinizmi?"