Al-Mursalat

سورة المرسلات

Surə 77 · Məkki · 50 ayə

77:1Cüz 29 · s. 580

وَالْمُرْسَلَاتِ عُرْفًا1

1. And olsun xeyirlə göndə­rilənlərə
77:2Cüz 29 · s. 580

فَالْعَاصِفَاتِ عَصْفًا2

2. və şiddətlə əsənlərə!
77:3Cüz 29 · s. 580

وَالنَّاشِرَاتِ نَشْرًا3

3. And olsun Allahın əmrini yaydıqca yayanlara,
77:4Cüz 29 · s. 580

فَالْفَارِقَاتِ فَرْقًا4

4. haqqı nahaqdan ayırdıqca ayıran­lara
77:5Cüz 29 · s. 580

فَالْمُلْقِيَاتِ ذِكْرًا5

5. və zikri çatdıranlara –
77:6Cüz 29 · s. 580

عُذْرًا أَوْ نُذْرًا6

6. üzr diləmək və ya qor­xut­maq üçün çatdıranlara!
77:7Cüz 29 · s. 580

إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ7

7. Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaq­.
77:8Cüz 29 · s. 580

فَإِذَا النُّجُومُ طُمِسَتْ8

8. Ulduzlar sönəcəyi zaman;
77:9Cüz 29 · s. 580

وَإِذَا السَّمَاءُ فُرِجَتْ9

9. Göy yarılacağı zaman;
77:10Cüz 29 · s. 580

وَإِذَا الْجِبَالُ نُسِفَتْ10

10. Dağlar dağılacağı zaman;
77:11Cüz 29 · s. 580

وَإِذَا الرُّسُلُ أُقِّتَتْ11

11. Ümmətlərinə şahidlik etmələri üçün elçilərə vaxt tə­yin edilə­cəyi zaman
77:12Cüz 29 · s. 580

لِأَيِّ يَوْمٍ أُجِّلَتْ12

12. deyiləcək: “Bunlara ve­rilmiş möhlət hansı günə qə­dər­dir?”
77:13Cüz 29 · s. 580

لِيَوْمِ الْفَصْلِ13

13. Cavabında deyiləcək: “Ayırd etmə günü­nədək!”
77:14Cüz 29 · s. 580

وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ14

14. Sən ayırd etmə gününün nə ol­duğunu bilirsənmi?
77:15Cüz 29 · s. 580

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ15

15. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:16Cüz 29 · s. 580

أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ16

16. Məgər Biz ilk nəsilləri həlak et­mədikmi?!
77:17Cüz 29 · s. 580

ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ17

17. Sonrakıları da onlara qa­tacağıq.
77:18Cüz 29 · s. 580

كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ18

18. Biz günah sahibləri ilə belə dav­ranırıq.
77:19Cüz 29 · s. 580

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ19

19. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:20Cüz 29 · s. 581

أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ20

20. Məgər Biz sizi dəyərsiz bir sudan xəlq etmə­dikmi?
77:21Cüz 29 · s. 581

فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ21

21. Biz onu etibarlı bir yer­də yerləş­dirmədikmi –
77:22Cüz 29 · s. 581

إِلَىٰ قَدَرٍ مَعْلُومٍ22

22. məlum bir vaxta kimi?
77:23Cüz 29 · s. 581

فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ23

23. Biz nütfəni yaratmağa qa­dir olduq. Nə gözəl Qadir olan­lar­ıq Biz!
77:24Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ24

24. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:25Cüz 29 · s. 581

أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا25

25. Məgər Biz yeri məskən et­mə­dikmi –
77:26Cüz 29 · s. 581

أَحْيَاءً وَأَمْوَاتًا26

26. dirilər və ölülərə?
77:27Cüz 29 · s. 581

وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا27

27. Orada möhkəm daya­nan uca dağ­lar yaratmadıqmı və si­zə şi­rin sulardan içirtmədikmi?
77:28Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ28

28. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:29Cüz 29 · s. 581

انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ29

29. Onlara belə deyiləcək: “Ge­din yalan hesab etdiyiniz Cə­hən­nə­mə!
77:30Cüz 29 · s. 581

انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ30

30. Üç qola ayrılan kölgə­liyə ge­din!”
77:31Cüz 29 · s. 581

لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ31

31. Ora nə kölgə salır, nə də alovdan qoruyur.
77:32Cüz 29 · s. 581

إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ32

32. Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püs­kü­rür.
77:33Cüz 29 · s. 581

كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ33

33. Onlar sanki sarı dəvə­lər­dir.
77:34Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ34

34. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:35Cüz 29 · s. 581

هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ35

35. Bu, günahkarların danışa bilmə­yəcəkləri bir gündür.
77:36Cüz 29 · s. 581

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ36

36. Onlara üzrxahlıq üçün izin belə verilməyəcək.
77:37Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ37

37. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:38Cüz 29 · s. 581

هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ38

38. Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafir­lər! Biz həm sizi, həm də əv­vəlkiləri bir yerə cəm etdik!
77:39Cüz 29 · s. 581

فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ39

39. Əgər hiyləniz varsa, Mə­nə qarşı işlədin!
77:40Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ40

40. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:41Cüz 29 · s. 581

إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ41

41. Şübhəsiz ki, müttəqilər kölgəlik­lərdə, çeşmələr başında
77:42Cüz 29 · s. 581

وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ42

42. və istədikləri meyvələr içində ola­caqlar.
77:43Cüz 29 · s. 581

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ43

43. Onlara deyiləcək: “Xeyir­xah əməl­lərinizə görə nuşcan­lıqla ye­yin-için!
77:44Cüz 29 · s. 581

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ44

44. Şübhəsiz ki, Biz yaxşı əməl sahib­lərini belə müka­fat­lan­dı­rı­rıq!”
77:45Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ45

45. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:46Cüz 29 · s. 581

كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ46

46. Kafirlərə deyiləcək: “Ye­yin və bir az əylənin! Həqiqə­tən, siz gü­nahkarsınız!
77:47Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ47

O gün Qiyaməti yalan sayanla-rın vay halına!
77:48Cüz 29 · s. 581

وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ48

48. Onlara: “Rüku edin!”– de­yildiyi zaman rüku etməzlər.
77:49Cüz 29 · s. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ49

49. O gün Qiyaməti yalan sayanla­rın vay halına!
77:50Cüz 29 · s. 581

فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ50

50. Onlar bu Qurandan son­ra hansı sözə inana­caqlar?

Surənin əvvəlindən oxut