Surə 77 · Cüz 29
Al-Mursalat · 77:27
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا
27. Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
Təfsir
Ey insanlar! Yer üzü lərzəyə gəlib tərpənməsin deyə sizin üçün orada möhkəm dayanan tərpənməz uca dağlar yaratdıq və sizə şirin su içirtdik. Bunları yaradan Allah sizi diriltməyə aciz deyildir.