Al-Layl

سورة الليل

Surə 92 · Məkki · 21 ayə

92:1Cüz 30 · s. 595

وَاللَّيْلِ إِذَا يَغْشَىٰ1

1. And olsun yer üzünü zül­mətə bü­rü­məkdə olan gecəyə!
92:2Cüz 30 · s. 595

وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ2

2. And olsun günəşin çıx­ma­sı ilə ay­dınlaşan gün­düzə!
92:3Cüz 30 · s. 595

وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنْثَىٰ3

3. And olsun kişini və qa­dı­nı yara­dana!
92:4Cüz 30 · s. 595

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ4

4. Sizin can atdıqlarınız baş­qa-baş­qadır.
92:5Cüz 30 · s. 595

فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ5

5. Kim haqqını verir və Al­lah­dan qor­xursa,
92:6Cüz 30 · s. 595

وَصَدَّقَ بِالْحُسْنَىٰ6

6. və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini təsdiq edirsə,
92:7Cüz 30 · s. 595

فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ7

7. Biz onu ən asan olana na­il edə­cəyik.
92:8Cüz 30 · s. 595

وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ8

8. Kim də xə­sislik edərək Rəb­binə eh­tiyacı olmadığını gü­man edir­sə
92:9Cüz 30 · s. 595

وَكَذَّبَ بِالْحُسْنَىٰ9

9. və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini yalan hesab edir­sə,
92:10Cüz 30 · s. 596

فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ10

10. Biz onun üstünə ən çə­tin olanı yükləyəcəyik.
92:11Cüz 30 · s. 596

وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ11

11. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda ver­məyəcək.
92:12Cüz 30 · s. 596

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ12

12. Şübhəsiz ki, doğru yola yönəlt­mək Bizə aiddir.
92:13Cüz 30 · s. 596

وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ13

13. Sözsüz ki, Axirət də, dün­ya hə­yatı da Bizimdir.
92:14Cüz 30 · s. 596

فَأَنْذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ14

14. Mən sizi alov saçan bir odla qor­xutdum.
92:15Cüz 30 · s. 596

لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى15

15. Ona ancaq ən bədbəxt kimsə girər.
92:16Cüz 30 · s. 596

الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ16

16. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.
92:17Cüz 30 · s. 596

وَسَيُجَنَّبُهَا الْأَتْقَى17

17. Allahdan ən çox qorxan isə o Od­dan uzaqlaşdırılar.
92:18Cüz 30 · s. 596

الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ18

18. O kimsə ki, malını Allah yolunda verir, günahlardan tə­miz­lə­nir.
92:19Cüz 30 · s. 596

وَمَا لِأَحَدٍ عِنْدَهُ مِنْ نِعْمَةٍ تُجْزَىٰ19

19. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti ol­maz.
92:20Cüz 30 · s. 596

إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ20

20. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər.
92:21Cüz 30 · s. 596

وَلَسَوْفَ يَرْضَىٰ21

21. O, mütləq razı qalacaq­dır!

Surənin əvvəlindən oxut