وَالشَّمْسِ وَضُحَاهَا1
1. And olsun günəşə və onun saçdığı şəfəqə!
وَالْقَمَرِ إِذَا تَلَاهَا2
2. And olsun ondan sonra zühur edən aya!
وَالنَّهَارِ إِذَا جَلَّاهَا3
3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!
وَاللَّيْلِ إِذَا يَغْشَاهَا4
4. And olsun günəşi bürüyən gecəyə!
وَالسَّمَاءِ وَمَا بَنَاهَا5
5. And olsun göyə və onu qurana!
وَالْأَرْضِ وَمَا طَحَاهَا6
6. And olsun yerə və onu döşəyənə!
وَنَفْسٍ وَمَا سَوَّاهَا7
7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا8
8. ona günahları və Allahdan qorxmağı təlqin edənə!
قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا9
9. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
وَقَدْ خَابَ مَنْ دَسَّاهَا10
10. Onu günaha batıran isə ziyana uğramışdır.
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا11
11. Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini inkar etdi.
إِذِ انْبَعَثَ أَشْقَاهَا12
12. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا13
13. Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوَّاهَا14
14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə yeksan etdi.
وَلَا يَخَافُ عُقْبَاهَا15
15. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!