المختصر (الأذرية)
سورة سبأ · 34:21
وَمَا كَانَ لَهُ عَلَيْهِمْ مِنْ سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَنْ يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ
21. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.
Halbuki İblis o insanlar üzərində ixtiyar sahibi deyildi ki, onları azdıra bilsin. O, sadəcə (batili) onlara gözəl göstərməklə onları azdırırdı. Biz ancaq axirətə və axirətdə olan cəzaya iman gətirən kimsə ilə, ona şəkk edən kimsələri ayırd etmək üçün İblisə insanları azdırmaq fürsəti verdik. Ey Peyğəmbər, sənin Rəbbin hər şeyi hifz edəndir. O, Öz qullarının əməllərini hifz edir və onlara bu əməllərini əvəzini verəcəkdir.