المختصر (الأذرية)
سورة إبراهيم · 14:40رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِنْ ذُرِّيَّتِي ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ
40. Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!
تفسیر
Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları də namazı kamil şəkildə qılanlardan et! Ey Rəbbimiz! Duama cavab ver və duamı Öz yanında məqbul olan dualardan elə!