Al-Mukhtasar (Azerbaijani)
Luqman · 31:13وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
13. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”
Тафсір
Ey Peyğəmbər! Bir zaman Loğman öz oğlunu xeyirli işlərə təşviq edib, şər işlərdən çəkindirərkən söylədiklərini xatırla: “Oğlum! Allahla yanaşı başqasına ibadət etmə! Çünki Allaha yanaşı başqa məbuda ibadət etmək, nəfsə qarşı böyük zülmdür! Böyük zülmü etmək isə sahibini əbədi olaraq Cəhənnəm atəşinə düçar edir.”