المختصر (الأذرية)
سورة البروج · 85:11إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ
11. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan cənnətlər var. Bu, böyük müvəffəqiyyətdir.
التفسير
Şübhəsiz ki, Allaha iman gətirib yaxşı işlər görənlər üçün qəsrləri və ağacları altından çaylar axan Cənnət bağları hazırlanmışdır. Onlar üçün hazırlanmış bu mükafat, misli-bərabəri olmayan böyük uğurdur.