المختصر (الأذرية)
سورة الأعراف · 7:182وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ
182. Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacağıq.
التفسير
Ayələrimizi yalan sayıb, onlara iman etməyib, əksinə, inkar edənlərə öz azğınlıqlarında davam etmələri üçün ruzi qapılarını onların üzünə açacağıq, sonra heç özlərinin də bilməyəcəkləri bir yerdən əzabımız qəflətən onları yaxalayacaqdır.