المختصر (الأذرية)
سورة الأعراف · 7:177سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنْفُسَهُمْ كَانُوا يَظْلِمُونَ
177. Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!
التفسير
Dəlillərimizi və sübutlarımızı təsdiq etməyib, yalan sayan kimsələrdən də daha pis kimsə yoxdur! Məhz elə bu kimsələr, özlərini həlaka sürükləməklə nəfislərinə zülm edən kimsələrdir.