المختصر (الأذرية)
سورة غافر · 40:51إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ
51. Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.
التفسير
Biz bu dünyada Öz elçilərimizə, habelə, Allaha və Onun peyğəmbərlərinə iman gətirən kimsələrə kömək edəcəyik ki, əlllərindəki dəlillərlə öz düşmənlərinə qalib gəlsinlər. Eləcə də, qiyamət günü Peyğəmbərlər, mələklər və möminlər risalətin təbliğ edildiyinə və ümmətlərin onu təkzib etdiyinə şəhadət verdikdən sonra Biz möminlərin Cənnətə daxil olmasına kömək edəcəyik, üstəlik, dünyada onlarla ədavət aparmış kimsələri Cəhənnəmə vasil etməklə cəzalandıracağıq.