المختصر (الأذرية)
سورة غافر · 40:14فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
14. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin!
التفسير
Ey möminlər, Allaha itaətdə və duada ixlaslı olduğunuz və Ona şərik qoşmadığınız halda Ona dua edin! Hətta bu əməliniz kafirlərin xoşuna gəlməsə və onları qəzəbə gətirsə belə.