المختصر (الأذرية)
سورة السجدة · 32:28وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْفَتْحُ إِنْ كُنْتُمْ صَادِقِينَ
28. Onlar: “Əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaq?”– deyirlər.
التفسير
Dirilməni yalan sayıb əzabın tez gəlməsini tələb edənlər deyirlər: “Sizin iddia etdiyiniz kimi, qiyamət günü bizimlə sizin aranızda veriləcək hökm, bizim Cəhənnəmə, sizin isə Cənnətə gedəcəyiniz nə vaxt baş verəcək?!”