المختصر (الأذرية)
سورة لقمان · 31:9خَالِدِينَ فِيهَا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
9. Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrətlidir, Hikmət sahibidir.
التفسير
Onlar orada həmişəlik qalacaqlar. Allahın bu vədi haqdır, bunda heç bir şəkk yoxdur. Pak və müqəddəs Allah, yenilməz qüdrət sahibidir, üstəlik, həm yaratmaq, həm müqəddəratı müəyyən etmək, həm də hökm vermək xüsusunda Hikmətlidir.