المختصر (الأذرية)
سورة لقمان · 31:27وَلَوْ أَنَّمَا فِي الْأَرْضِ مِنْ شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِنْ بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
27. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir.
التفسير
Əgər yer üzündəki bütün ağaclar doğranıb qələm edilsəydi, dəniz də mürəkkəb olsaydı və ardından da ona yeddi dəniz qatılsaydı, bu mürəkkəb bitsədə, Allahın kəlmələri bitməzdi. Həqiqətən, Allah yenilməz qüdrət sahibidir, habelə, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir.