المختصر (الأذرية)
سورة لقمان · 31:18وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ
18. İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.
التفسير
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa, özündən razı gəzib dolanma. Həqiqətən, Allah, yerişində özündən razı olanı, əlində olan nemətlərlə insanlar yanında təkəbbürlük edən və bu nemətlərə görə Allaha şükür etməyəni sevməz.