المختصر (الأذرية)
سورة لقمان · 31:11هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ
11. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər.
التفسير
Bu zikr edilənlər Allahın yaratdıqlarıdır. İndi siz, ey müşriklər, mənə göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz nə yaradıblar? Xeyr! Zalımlar haqdan uzaq açıq-aydın azğınlıq içindədirlər. Onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan şeyləri Rəbbinə şərik qoşurlar.