المختصر (الأذرية)
سورة آل عمران · 3:188لَا تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَوْا وَيُحِبُّونَ أَنْ يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِنَ الْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
188. Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
التفسير
Ey Peyğəmbər! Etdikləri qəbih əməllərə görə sevinən və etmədikləri xeyir işlərə görə insanlar onları tərif etməyi xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla zənn etmə. Onlar üçün Cəhənnəmdə ağrılı-acılı bir əzab vardır.