المختصر (الأذرية)
سورة إبراهيم · 14:15وَاسْتَفْتَحُوا وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍ
15. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı.
التفسير
Elçilər Rəbbindən düşmənlərinə qələbə çalmaq üçün yardım dilədilər. Haqq özünə bəlli olduqdan sonra ona tabe olmayıb, inadkarlıq edərək, təkəbbürlük göstərən hər bir kəs ziyana uğradı.