المختصر (الأذرية)
سورة الرعد · 13:24سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ
24. “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”
التفسير
Mələklər hər dəfə onların yanına daxil olduqda, onları salamlayıb deyərlər: "Allaha itaət etməkdə, qədərin məşəqqətli anlarına və günah etməkdən özünüzü qoruyub səbirli olduğunuz üçün bəlalardan salamat oldunuz. Son mənziliniz olan axirət yurdunuz necə də gözəldir!"