المختصر (الأذرية)
سورة الرعد · 13:22وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ
22. O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –
التفسير
Onlar Allaha itaət etməkdə, Allahın onlar üçün təqdir etdiyi xoş və acı qədərə və Allahın razılığını umaraq Ona qarşı günah etməkdən özlərini qoruyub səbir edərlər. Namazı doğru-düzgün qılarlar, və Allahın onlara əta etdiyi mal-dövlətdən zəkat və sədəqəni riyadan uzaq, gizli bir şəkildə, bəzən də bu işdə başqalarına örnək olsunlar deyə bunu açıq-aşkar xərcləyərlər. Onlara pislik edənlərə qarşı yaxşılıqla edərək qarşılıq verərlər. Bu xislərlərə sahib olan kimsələr üçün Qiyamət günü gözəl aqibət vardır.