المختصر (الأذرية)
سورة يوسف · 12:83قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى اللَّهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ
83. Yaqub dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Hikmət sahibidir”.
التفسير
Ataları onlara dedi: "Onun oğurluq etməsi barədə dedikləriniz heç də həqiqətə uyğun deyil. Əksinə, nəfsiniz sizi aldadıb, bundan əvvəl qardaşı Yusifə hiylə qurmağa sövq etdirdiyi kimi sizi ona da qarşı hiylə qurmağa sövq etdirib. Şikayətim yalnız Allahadır. Ola bilsin ki, Allah, Yusifi, onun doğma qardaşını və onların böyük qardaşlarını - hamısını birlikdə, mənə qaytarsın. Həqiqətən də, O, mənim düşdüyüm halı biləndir və işlərimi idarə etməkdə hikmət sahibidir!"