المختصر (الأذرية)
سورة يوسف · 12:15فَلَمَّا ذَهَبُوا بِهِ وَأَجْمَعُوا أَنْ يَجْعَلُوهُ فِي غَيَابَتِ الْجُبِّ ۚ وَأَوْحَيْنَا إِلَيْهِ لَتُنَبِّئَنَّهُمْ بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ
15. Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”.
التفسير
Yəqub onu qardaşları ilə birgə göndərdi. Onlar Yusifi uzaq bir yerə aparıb onu quyunun dibinə atmaq qərarına gəldikdə biz bu an Yusifə belə vəhy etdik: "Bir gün sən onlara bu əməlləri barəsində onlar səni tanımadıqları bir halda xəbər verəcəksən".