Al-Mukhtasar (Azerbaijani)
Ad-Duha · 93:3مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ
3. Rəbbin nə səni tərk etdi, nə də sənə acığı tutdu.
Тефсир
Ey Peyğəmbər! Vəhy nazil olmadığı vaxtda müşriklərin iddia etdiyi kimi deyil, Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.