المختصر (الأذرية)
سورة الصف · 61:8يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
8. Onlar ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaq.
تفسیر
Haqqı yalan sayan o kimsələr öz batil sözləri ilə və haqqa ləkə yaxmaqla Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz dinini məşriqdən məğribədək yaymaqla və Öz kəlməsini ucaltmaqla Öz nurunu tamamlayacaqdır.