المختصر (الأذرية)
سورة الزمر · 39:45
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ ۖ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
45. Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.
Allah tək olaraq xatırlandığı zaman axirətə və axirətdə baş verəcək hadisələrə - dirilməyə, haqq-hesaba çəkilməyə və əməllərin əvəzinin verilməsinə inanmayan müşriklərin qəlbini nifrət bürüyür. Onların Allahdan başqa ibadət etdiyi bütlər yad edildiyi zaman isə onlar sevinib fərəhlənərlər.