المختصر (الأذرية)
سورة سبأ · 34:1
الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
1. Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, Xəbərdardır.
Həmd, göylərdə və yerdə nə varsa hamısının - məxluqatın, hökmranlığın və işləri yoluna qoymağın sahibi olan Allaha məxsusdur! Axirətdə də təriflər pak və müqəddəs Allaha məxsusdur. O, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir, üstəlik, Öz qullarının işlərindən Xəbərdardır, heç bir şey Ondan gizli qalmaz.