المختصر (الأذرية)
سورة الروم · 30:58وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَلَئِنْ جِئْتَهُمْ بِآيَةٍ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ أَنْتُمْ إِلَّا مُبْطِلُونَ
58. Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.
تفسیر
Biz bu Quranda insanlar üçün - onlara göstərdiyimiz qayğıdan dolayı - hər cür məsəllər çəkdik ki, onlar haqqı batildən ayırd edə bilsinlər. Ey Peyğəmbər! Əgər sən onlara söylədiklərinin doğru olduğunu isbat etmək üçün bir möcüzə gətirsən, Allaha qarşı küfr edənlər mütləq deyəcəklər: “Siz öz sözlərinizlə yalnız yalan uyduranlarsınız!”