المختصر (الأذرية)
سورة آل عمران · 3:69وَدَّتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
69. Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Halbuki, yalnız özlərini azdırır və bunu anlamırlar.
تفسیر
Ey Möminlər! Kitab əhlindən olan yəhudi və nəsrani alimləri, Allahın sizi yönəltdiyi doğru yoldan azdırmağı təmənna edərlər. Halbuki, onlar, yalnız özlərini azdırırlar. Onlar möminləri azdırmaq üçün səy göstərdiklərinə görə, sonda özləri azdılar. Onlar öz əməllərinin aqibətini anlamırlar.