المختصر (الأذرية)
سورة الرعد · 13:4وَفِي الْأَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
4. Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər var.
تفسیر
Yer üzündə bir-birinə yaxın ərazilər, üzüm bağları, əkinlər, bir gövdədən və fərqli-fərqli gövdələrdən çıxan xurma ağacları vardır ki, bu bostanlar və əkin sahələridə eyni su ilə suvarılır. Bunların yan-yana olmasına və enyi bir yerdən suvarılmasına rəğmən, Biz onların dad və başqa faydalar baxımından bəzisini digərindən üstün etdik. Doğrudan da, bu zikr edilənlərdə başa düşən kimsələr üçün Allahın varlığına dəlalət edən açıq-aydın dəlillər vardır. Çünki bu dəlillərdən ibrət alan elə məhz onlardır.